• +998 (91) 435-72-09
  • inja_sanat@mail.ru
  • Furqat st. Tashkent, Uzbekistan.
Mutarjim daftaridan
«O, həsrət, Əbədi yəm-yəşil ölkə…» – Ötkür RƏHMƏT

«O, həsrət, Əbədi yəm-yəşil ölkə…» – Ötkür RƏHMƏT

KÖNÜL HAQQINDA DÜŞÜNCƏ

Adım Ötkür mənim…
Altmış üç ildir…
Ürəyim nə göydir,
Nədə kaşanə…
Ona gələnlərin,
Bəri əfsanə —
Halin necə deməz,
Deyir ver yenə…

Nə verə bilərəm,
Nəyim var axı…
Yaralı dilimdə min bircə ələm.
Narahat ürəyim — qardaşı dərdin,
Qorxudur tez çapıb —
Deməz, nədir qəm…

Nə verə bilərəm,
imtina etdim,
Mehri, zəhməti, hər cür hörməti.
Özümə gəldikdə
Doldum, yoruldum…
Heç tapa bilmədim dostu, türbeti…

Axı qardaşlarım, uşaq, dostlarım,
Uzaq-yaxinlarim və şagirdlərim,
Mümkünsə, var isə — bu gövhərləri —
Hər kəsə payladım — qalmadı borcum…

Ancaq borcum vardir yalnız Allaha…
Həmin hisslərimin məysəsı ünsün.
Atam əyildiyi
Həmin çubuq da
Böyük ağac kimi böyüsün, gülsün.

Və həmin ağacda
Ötkür Rəhmət ki,
Anamın səsini eşidə bilsəm:
“Aşağı en öğlüm,
Qətləmə bişdi…
Özün dəyərini
Bil axı balam…”

Adım Ötkür
mənim,
Altmış üç ildir,
Könül səmasında
Yanar düyğülər,
Onlar nədə güllər,
Nədə ahular,
Nədə acı kədər,
Nədə gülüşlər…

Xatırlayıram əşqimin
Nar üzləri,
Mənə baxan həmin
Şəhla gözləri,
Ləbimdə titrəyən
Xoştəm sözləri,
Qəlbimə gurultu
Getirir birdən.

Yaş olmaq istəyirəm
Axı yenidən,
Qayıtmaq istəyirəm
Böyük ağaca.
Atam pənahina,
Anam mehrinə,
Sevgimin gözündən
Yaranan bəxtə…

Qayıtmaq istəyirəm
Kaşki bir daha…
Bir daha…
Bir daha…

* * *
Mavilik quyunu başım üstündə,
Gözlərim yumulur xəyala batıb.
Həyat dükürləyir ürək altında,
Sabaha inam və ümid oyatıb.

Niyyətlər enmedən, tamam, puç olan,
Şəh kimi kirpikdə titrəyir gözyaş.
Bir tərəf sadədil, bir tərəf solan,
Hangi əldə gül var, hangi əldə daş.

Küləklər gurultu salar bir dünya,
Bəzən yuxulayır, susar nəhayət.
Əbədi görünən dağlar da sanki,
Bölək bölək olub getəcək qayət.

Zuvilləb, sakıtcə, incə, görünməz,
Gündüz və gecə tutar bir-birini, yox.
Darıxmağı necə əzizləsəmdə,
Yalnızlığ dərdinə sarsılmaz bu əşq.

Nemət kimi bu dünya qucağında,
Həyat bağlarında işıqlanır bu tab.
Gecələr ulduzlar öz fırağında,
Hiss edir bir nəfəs yorğunluq, əzap.

Heç bir şəy özündən çıxmır kenara,
Diqqət tapamadım nə var, yoxumda.
Yaxşı deyirəmki ürəyim döyür,
Gah güldüyüm, gaha ağladığımda.

* * *
Zümrüd havaların yelləncəyində,
Saçını tutursun həmin küləyə.
Sərhədsiz dünyanın o bir küncündə,
Sən də baxirmisan üzülüb yola.

O, həsrət,
Hissimi əyləyən sərxoş,
Kaş əritsəydi sinəmdən daşi.
Yuxuya dönəndə keçmiş günlərim,
Tapa bilmirəm ot səntək sirrdaşi.

Bu səma qoynunda parlayacaq dan,
Gec-gündüz qoynunda nəfəs alar yer.
Daş və yaşıllığı gördüyümdə dəng,
Axıntək köksündan axır hər gün tər.

Zümrüd havaların yelləncəyində,
Saçını tutursun həmin küləyə.
Sərhədsiz dünyanın o bir küncündə,
Sən və mən baxiriz üzülüb yola.

O, həsrət,
Əbədi yəm-yəşil ölkə…

ZİBA İDİ…

Yanar ürək –
Sehrli məva,
Buncə təzə, pakizə hava.
Məlhəmmidi
O sirli səba…
Ziba idi,
Ziba idi,
Ziba idi…

Cilvəsində bakişim yandı,
Kozlər onun üstünə düşdü,
Sonra həyəcanım azaldı,
Ziba idi,
Ziba idi,
Ziba idi…

Sonra ahutək atıldı o,
Xəyalimi sığalladı o,
Canım alib – üzüb getdi o,
Ziba idi,
Ziba idi,
Ziba idi…

Hicran dərdi sənin yolunda,
İntizardir könül könülə,
Zəval yetişməsin əlinə,
Ziba idin,
Ziba idin,
Ziba idin…

Darıxırsın gül üzü roz-şəb,
Oturarkən saçını darab,
Gözəllikdə yox ona tərəf,
Ziba idi,
Ziba idi,
Ziba idi…

* * *
Ürəyim əriyir baxışlarında,
Qaranlığ yolunda yanar işıq ta.
Həsədin atılan tığ daşlarında,
Hələ də vurular,
Bir şeydir amma…

Cızılmış, qəqşəmiş, ağlamiş yara,
Zəliyə çevrilib soracaq fürsət.
Zərrəcə ümidlər hələ dərbədər,
Məni də yardım et,
Həyat, yol göstər!

Kədər tüstüsündən darılan nəfəs,
Gözləyib yaşayır aydın havanı.
Arzular oyanan zamanda ancaq,
Altina xəyalim
Qoyur çiçəyi.

Uçuşa hazırdır axı tərəddüd,
Əstə kirpiklərdən sızır titrəmə.
Başımın üstündə ədədsiz bulud,
Göz yaşı tökməyi
Çox istəyirlər.

Də, niyə susursan, niyə bipərva,
Axırsın məvc vurub sanki çay kimi.
Əcəb ki özümü tapana qədər,
Dünya miqyasında,
Sərsan gəzirəm.

Şəbnəmlər boynundan qucaqlayır nur,
Cilvələr doldurur qoynumu daim.
Bəlkə bu fəryadlar, bəlkə bu huzur,
Məşğul edəcəkdir
Məngu xəyalim.

Fikr bildirish

Email manzilingiz chop etilmaydi.